logo
logo logo
logo

Bu virusdan ölənlərin sayı 214-ə çatdı

16:36 - 22 İyun 2026

Bu virusdan ölənlərin sayı 214-ə çatdı

Nigeriyada heyvandan insana keçən Lassa qızdırması epidemiyasında ölənlərin sayı 214 nəfərə yüksəlib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən yayılan son məlumatda bildirilir ki, epidemiya ölkənin 23 ştatına bağlı 109 yerli idarəetmə bölgəsinə yayılıb.

Açıqlamada qeyd olunur ki, yanvar ayından bəri virus səbəbilə həyatını itirənlərin sayı 214-ə çatıb. Həmçinin vurğulanıb ki, ölüm göstəricisi ötən illə müqayisədə 18,9 faizdən 25 faizə yüksəlib.

Rəsmilər siçanlardan keçən və insandan insana da yoluxa bilən bu xəstəliyə qarşı əhalini ehtiyatlı olmağa çağırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az