Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan Ankaradakı ATO Congressium konqres mərkəzində keçirilən AK Parti Ankara təşkilatının toplantısında çıxış edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı müxalifətdə yaşanan gərginliklərə də toxunaraq bildirib ki, siyasət institutunun vəzifə və şəxsi karyera maraqlarını hər şeydən üstün tutanların əlində düşdüyü acınacaqlı vəziyyət onları ölkənin gələcəyi baxımından narahat edir.
“Rəqibimiz olsa da, müxalifət olsa da, Türkiyənin ikinci ən böyük siyasi partiyasının münaqişə və gərginliklə gündəmə gəlməsini doğru hesab etmirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.