Əfqanıstanda hökumət əməkdaşlarının smartfon istifadəsi qadağan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qərar yüksək vəzifəli rəhbərlərdən aşağı səviyyəli işçilərə qədər bütün dövlət qulluqçularını əhatə edir. Yayılmış təlimatda qeyd olunur ki, “smartfondan istifadə edənlərin cihazları məhv ediləcək, həmçinin onlara qarşı hüquqi və şəriət qaydalarına uyğun cəzalar tətbiq olunacaq”.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Taliban nümayəndələrinin qadağanı elan etdiyi və bəzi smartfonların sındırıldığı görünür.
Qadağadan istisnanın yalnız Hibatullah Axundzadə tərəfindən veriləcək xüsusi yazılı icazə ilə mümkün olduğu bildirilib.