logo
logo logo
logo

Kanadada silahlı hücum baş verdi - 2 nəfər öldü

14:49 - 23 İyun 2026

Kanadada silahlı hücum baş verdi - 2 nəfər öldü

Kanadanın Monreal şəhərində silahlı hücum baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində bir polis əməkdaşı və bir mülki şəxs həyatını itirib. Daha bir polis əməkdaşı isə yaralanıb. Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Hadisə günorta saatlarında şəhərin Kot-de-Nej rayonunda qeydə alınıb. Şəxsiyyəti hələlik açıqlanmayan silahlı şəxs ətrafa atəş açmağa başlayıb. Nəticədə bir polis əməkdaşı və bir mülki şəxs həlak olub, daha bir polis əməkdaşı yaralanıb.

Hücum edən şəxs polis əməkdaşları tərəfindən vurularaq öldürülüb.

Monreal Polis İdarəsinin rəisi Fady Dagher bildirib ki, son 24 ildə ilk dəfədir ki, şəhərdə xidmət vəzifəsini yerinə yetirən polis əməkdaşı həlak olur. 

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az