ABŞ-nin NBC televiziya kanalının məşhur “Today” proqramının aparıcısı Savannah Guthrienin beş ay əvvəl qaçırılan anası Nancy Guthrienin həyatını itirdiyi iddia edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma barədə məlumatlı hüquq-mühafizə orqanlarındakı mənbələrin CNN-ə verdiyi məlumata görə, fevral ayında media qurumlarına göndərilən qeyddə Nancy Guthrienin öldüyü bildirilib.
Milyonlarla dollar məbləğində fidyə tələbi əks olunan ilk mesajdan sonra göndərilən ikinci qeyddə qaçıranlar qadını qəsdən öldürmədiklərini iddia ediblər. Onların sözlərinə görə, Nancy Guthrie qaçırıldıqdan qısa müddət sonra həyatını itirib.
İstintaqı aparan rəsmilər hər iki mesajın həqiqətən də qaçıran şəxslər tərəfindən göndərildiyinə inandıqlarını bildiriblər.
Hadisə ilə bağlı araşdırma davam etdirilir, Nancy Guthrienin taleyi ilə bağlı rəsmi təsdiq isə hələlik açıqlanmayıb.