logo
logo logo
logo

Ərdoğan Polşa Prezidentini qarşıladı

21:17 - 23 İyun 2026

Ərdoğan Polşa Prezidentini qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəyə səfər edən Polşa Prezidenti Karol Nawrockini rəsmi mərasimlə qarşılayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nawrotskinin xidməti avtomobili Prezident Külliyyəsinin qarşısındakı prospektdə süvari dəstəsi tərəfindən qarşılanıb və kortej protokol girişinədək müşayiət olunub. Prezident Ərdoğan qonağı Külliyyənin əsas giriş qapısında salamlayıb.

Mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib, tarixdə mövcud olmuş 16 türk dövlətini təmsil edən bayraqlar və fəxri qarovul dəstəsi nümayiş etdirilib. Həmçinin 21 yaylım atəşi açılıb.

Polşa Prezidenti fəxri qarovul dəstəsini salamladıqdan sonra liderlər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az