logo
logo logo
logo

Təcili yardımla avtomobil toqquşdu - Çox sayda xəsarət alan var

22:35 - 23 İyun 2026

Təcili yardımla avtomobil toqquşdu - Çox sayda xəsarət alan var

Türkiyənin Bitlis vilayətinin Ahlat rayonuna bağlı Ovakışla qəsəbəsində təcili yardım avtomobili ilə minik maşını toqquşub.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb.


Məlumata görə, qəza Adilcevaz istiqamətindən Tatvan istiqamətinə hərəkət edən təcili yardım avtomobilinin yolayrıcında gözləyən minik maşını ilə toqquşması nəticəsində baş verib.


Hadisə zamanı təcili yardım avtomobilində olan iki təcili tibbi yardım texniki və minik maşınında olan səkkiz nəfər yüngül xəsarətlər alıb.


Yaralılar hadisə yerinə cəlb olunan tibb briqadaları tərəfindən xəstəxanalara çatdırılıb və müalicəyə götürülüblər. Qəzanın səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az