logo
logo logo
logo

"Hörmüz boğazından keçidə görə vergi tələb oluna bilməz" - Rubio

22:52 - 23 İyun 2026

\"Hörmüz boğazından keçidə görə vergi tələb oluna bilməz\" - Rubio

"Hörmüz boğazı beynəlxalq sular hesab olunur və mövcud beynəlxalq hüquqa əsasən heç bir dövlət burada keçid haqqı və ya vergi tələb etmək səlahiyyətinə malik deyil".


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Marco Rubio bildirib. Rubio Körfəz ölkələrinə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gəldikdən sonra jurnalistlərə açıqlamasında İranla davam edən memorandum danışıqlarına da toxunub.

Onun sözlərinə görə, beynəlxalq sularda tətbiq edilən qaydalar dünyanın hər yerində eynidir və Hörmüz boğazında da bu vəziyyətin dəyişməyəcəyi gözlənilir. Rubio əlavə edib ki, region ölkələrinin də bu məsələdə eyni mövqeni bölüşdüyünü düşünür.

ABŞ rəsmisi İranın gələcəkdə qlobal investisiyalardan nə dərəcədə faydalana biləcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, bu, ilk növbədə Tehran rəhbərliyinin atacağı addımlardan asılı olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az