logo
logo logo
logo

Türkiyəli məşhur aktyora AĞIR İTKİ

23:14 - 23 İyun 2026

Türkiyəli məşhur aktyora AĞIR İTKİ

Türkiyəli aktyor Levent Can sosial şəbəkə hesabında paylaşdığı məlumatla anasının vəfat etdiyini açıqlayıb.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Kurtlar Vadisi Pusu", "Ezel", "Emret Komutanım" və "Kavak Yelleri" kimi məşhur seriallarda rol alan 54 yaşlı aktyor bildirib ki, anası Makbule Can dünyasını dəyişib.

Levent Can paylaşımında anasının gecə saatlarında vəfat etdiyini qeyd edərək, dəfn mərasiminin iyunun 24-də doğulduqları Amasya şəhərində keçiriləcəyini və onun burada torpağa tapşırılacağını bildirib.

Aktyorun paylaşımı izləyiciləri və sənət camiəsində kədərlə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az