Rusiyanın Çelyabinsk şəhərində baş verən güclü fırtına göy üzündə qeyri-adi mənzərə yaradıb.
Manset.az xəbər verir ki, fırtına buludlarının şəhər üzərində toplanmasından sonra səma qısa müddətdə qırmızı rəngə bürünüb. Sakinlər heyrətamiz görüntüləri mobil telefonları ilə lentə alıblar.
Mütəxəssislərin sözlərinə görə, belə rəng dəyişiklikləri güclü fırtına buludları və atmosferdə işığın sınması nəticəsində meydana gəlir.