Papua Yeni Qvineya Avstraliyada quş qripinin (H5N1) aşkarlanmasından sonra bu ölkədən quş əti, yumurta və yumurta məhsullarının idxalını dayandırıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Qərbi Avstraliya ştatında köçəri quşda H5N1 virusunun qeydə alınmasından sonra qəbul edilib.
Papua Yeni Qvineyanın Milli Kənd Təsərrüfatı və Karantin Nəzarəti İdarəsi idxalın müvəqqəti dayandırıldığını açıqlayıb.
Avstraliyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq naziri Julie Kollinz isə ölkənin quşçuluq və kənd təsərrüfatı sistemlərinin virusdan təsirlənmədiyini bildirərək ticarət məhdudiyyətini əsassız adlandırıb. O, bu qadağanın aradan qaldırılması üçün Papua Yeni Qvineya ilə birbaşa danışıqlar aparıldığını qeyd edib.
Qeyd edək ki, Papua Yeni Qvineya Avstraliyanın ümumi toyuq əti ixracatının təxminən yarısını təşkil edir. Avstraliyada ilk H5N1 quş qripi hadisəsi iyunun 19-da Qərbi Avstraliyada köçəri quşda aşkarlanıb. İyunun 22-də isə ölkədə virusun ikinci halı təsdiqlənib. Daha əvvəl qeydə alınan quş qripi halları əsasən H7 virusu ilə əlaqəli olub.