logo
logo logo
logo

ABŞ-də güclü meşə yanğını - 24 min hektar kül oldu

10:49 - 25 İyun 2026

ABŞ-də güclü meşə yanğını - 24 min hektar kül oldu

ABŞ-nin Yuta ştatında davam edən genişmiqyaslı meşə yanğını nəticəsində təxminən 24 min hektar ərazi yanaraq külə dönüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, çoxsaylı yaşayış məntəqələri və düşərgə sahələri üçün məcburi təxliyə qərarı verilib.

Məlumata görə, Yuta ştatının Biver dairəsində iyunun 22-də başlayan yanğın yüksək temperatur, quraqlıq və saatda təxminən 80 kilometr sürətə çatan küləklərin təsiri ilə sürətlə genişlənib.

Ştat rəsmiləri yanğının hələ də nəzarət altına alınmadığını və yaşayış məntəqələrinə çatmaq təhlükəsinin mövcud olduğunu vurğulayıblar.

Mövcud təhlükə ilə əlaqədar çoxsaylı yaşayış məntəqələri və düşərgə əraziləri üçün məcburi təxliyə elan edilib.

ABŞ Milli Hava Xidməti də Yuta ştatının böyük hissəsində yüksək yanğın təhlükəsi barədə xəbərdarlığın qüvvədə qaldığını açıqlayıb. Qurum aşağı rütubət səviyyəsinin və güclü küləklərin həm mövcud yanğınların daha da genişlənməsinə, həm də yeni yanğın ocaqlarının yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Rəsmilərin sözlərinə görə, Biver dairəsindəki yanğın hazırda Yuta ştatı ərazisində davam edən yüzlərlə yanğın arasında ən iri yanğınlardan biridir. Hazırda ştat üzrə 353 aktiv yanğın qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az