logo
logo logo
logo

İran XİN Körfəz ölkələrinə xəbərdarlıq etdi

18:36 - 26 İyun 2026

İran XİN Körfəz ölkələrinə xəbərdarlıq etdi

İran Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin birgə bəyanatını tənqid edib.


Manset.az xəbər verir ki, İran tərəfi bəyanatın regiondakı vəziyyətin sabitləşməsinə töhfə vermədiyini qeyd edib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, ABŞ Dövlət Katibi və Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin 25 iyun 2026-cı il tarixli bəyanatında göstərilən mövqeləri aqressiv, məsuliyyətsiz və təxribatçı hesab edir və bölgədə davam edən hərbi hərəkətlər və müdaxilə barədə xəbərdarlıq edir.

Qeyd olunur ki, indi həmişəkindən daha çox ABŞ-nin bölgədəki hərbi mövcudluğunun sadəcə bölgə xalqları üçün bir yük və qeyri-sabitlik və bölünmə amili olduğu aydındır. Tehran öz növbəsində yerli dövlətlərin bölgədəki Amerika qoşunlarının mövcudluğuna münasibətlərini yenidən nəzərdən keçirəcəklərinə ümid etdiyini bildirib.

İran Xarici İşlər Nazirliyi Körfəz ölkələrinə ABŞ-nin İranın nüvə proqramı ilə bağlı bəyanatlarını dəstəkləməməyi, əksinə Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılmasını təşviq etməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az