logo
logo logo
logo

Venesuelada zəlzələdə ölənlərin sayı açıqlandı

18:37 - 28 İyun 2026

Venesuelada zəlzələdə ölənlərin sayı açıqlandı

Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdən sonra ölənlərin sayı 1430 nəfərə çatıb.


Manset.az Sky News-a istinadən xəbər verir ki, xilasetmə əməliyyatları davam edərkən on minlərlə insanın taleyi hələ də naməlum olaraq qalır.

    Xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq üçün gecə-gündüz axtarış aparırlar. Son əməliyyatlardan birində 11 yaşlı oğlanın sağ şəkildə dağıntılar altından çıxarılması ümidləri artırıb.

    Rəsmi məlumatlara görə, təxminən 50 min nəfər itkin düşmüş hesab olunur. Dağıdıcı zəlzələlər nəticəsində minlərlə bina dağılıb və ya ciddi zədələnib, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

    Beynəlxalq yardım əməliyyatları genişlənməkdə davam edir. Avropa İttifaqı Venesuelaya 5 milyon avro məbləğində təcili yardım ayırıb, bir sıra ölkələr isə axtarış-xilasetmə qrupları, tibb işçiləri və humanitar yardım göndəriblər.

    Mütəxəssislər xəbərdarlıq edirlər ki, dağıntılar altında hələ də çox sayda insanın qalması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir. Bölgədə təkrar yeraltı təkanlar qeydə alındığından xilasetmə işləri çətin şəraitdə davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az