logo
logo logo
logo

"Instagram" istifadəçilərinə yeni xəbər 

14:55 - 29 İyun 2026

\"Instagram\" istifadəçilərinə yeni xəbər 

"Instagram" istifadəçilərin tətbiqdə qarşılarına çıxan məzmunu daha dəqiq tənzimləyə bilməsi üçün "Your Algorithm" funksiyasının imkanlarını genişləndirməyə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, platforma istifadəçilərin xəbər lentini və tövsiyə olunan məzmunu daha fərdiləşdirə bilməsinə şərait yaradacaq yeni seçimlər üzərində işləyir.

"Instagram"ın rəhbəri Adam Mosseri bildirib ki, hazırda istifadəçilərin hansı mövzuları daha çox, hansıları isə daha az görmək istədiyini müəyyənləşdirməsinə imkan verən "Your Algorithm" funksiyasının daha geniş auditoriya üçün əlçatan olması sınaqdan keçirilir. Onun sözlərinə görə, məqsəd bu funksiyanı sadəcə parametrlər bölməsində yerləşən seçim kimi saxlamaq deyil, onu istifadəçi təcrübəsinin əsas elementlərindən birinə çevirməkdir.

Yeniliyə əsasən, istifadəçilər xəbər lentinə baxarkən və ya Reels videolarını izləyərkən alqoritmin iş prinsipini daha rahat şəkildə tənzimləyə biləcəklər. Mosserinin paylaşdığı nümunələrdən birində istifadəçi əsas lentdə ekranı aşağı çəkərək "Your Algorithm" menyusuna daxil ola bilir. Digər nümunədə isə Reels videolarına baxış zamanı ekranı yuxarı sürüşdürməklə oxşar fərdiləşdirmə paneli açılır.

Üçüncü nümunədə isə hər Reels videosunun altında istifadəçinin həmin tip məzmunu daha çox görmək istəyib-istəmədiyini seçə bilməsi üçün xüsusi düymələr yerləşdirilib. Bu yeniliyin istifadəçilərə maraqlarına uyğun məzmunun daha dəqiq formalaşdırılmasına imkan verəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az