Türkiyənin Balıkesir vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, qəza ötən axşam saatlarında baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Həkimlərin apardıqları müayinədən sonra avtomobillərdən birinin sürücüsü Murat Çakır və sərnişini Fatih Enesin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Digər avtomobilin sürücüsü Osman E., həyat yoldaşı Sarıyə E. və Hüseyn D. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.