logo
logo logo
logo

Dostundan borcunu istədi - Bıçaqlandı

09:53 - 30 İyun 2026

Dostundan borcunu istədi - Bıçaqlandı

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 33 yaşlı Melih Y. 4 min lirə borcunu tələb etdiyi dostu Burak D. tərəfindən bıçaqlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:30 radələrində Yenicə məhəlləsində yerləşən Kasım Əfəndi küçəsində baş verib.

Məlumata görə, Melih Y. bir müddət əvvəl Burak D.-yə verdiyi 4 min lirə borcun qaytarılmasını istəyib. Borcu ödəyəcəyini bildirən Burak D. onu küçədə yerləşən yaşayış binasına dəvət edib.

Binanın girişində görüşən tərəflər arasında əvvəlcə mübahisə yaranıb. Qısa müddət sonra mübahisə davaya çevrilib. Dava zamanı Burak D. üzərində olan bıçaqla Melih Y.-ni qarın nahiyəsindən yaralayıb.

Yaralı qan içində yerə yıxıldıqdan sonra hadisə şahidləri təcili yardım xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn tibb işçiləri ilkin tibbi yardım göstərdikdən sonra Melih Y.-ni İnegöl Dövlət Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıblar. Onun müalicəsinin davam etdiyi bildirilir.

Hadisədən sonra qaçan şübhəli Burak D.-nin saxlanılması istiqamətində polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az