logo
logo logo
logo

1700-dən çox insanın öldüyü faciədə ürəkdağlayan ANLAR

13:55 - 30 İyun 2026

1700-dən çox insanın öldüyü faciədə ürəkdağlayan ANLAR

Venesuelada ötən həftə baş verən və 1700-dən çox insanın həyatına son qoyan güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.


Manset.az BBC-yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından gələn ən kiçik səsi belə eşitmək üçün vaxtaşırı yumruqlarını havaya qaldıraraq ətrafdakı insanlara səssiz qalmaq işarəsi verirlər.

Faciənin ən ağır yaşandığı bölgələrdən biri olan La Quaira şəhərində insanlar 12 mərtəbəli yaşayış binasının dağıntıları ətrafına toplaşaraq sağ qalanların səsini eşitməyə çalışırlar.

Venesuelanın müvəqqəti prezidenti Delcy Rodriguez baş verən zəlzələləri ölkə tarixinin "ən qəddar təbii fəlakəti" adlandırıb.

Qeyd edək ki, iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü keçib, 5 mindən çox insan yaralanıb. Xilasetmə əməliyyatları isə hələ də davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az