logo
logo logo
logo

“ABŞ və İran arasında yüksək səviyyəli görüş olmayacaq” - Qətər

15:04 - 30 İyun 2026

“ABŞ və İran arasında yüksək səviyyəli görüş olmayacaq” - Qətər

Qətərin Xarici İşlər Nazirliyi İran ilə ABŞ arasında aparılan diplomatik təmaslarla bağlı açıqlama yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşnerin vasitəçilərlə görüşlər keçirmək üçün Dohaya səfər edəcəyini açıqlayıb.

Qeyd olunub ki, tərəflər arasında diplomatik təmaslar davam etsə də, İran ilə ABŞ arasında yüksək səviyyəli birbaşa görüşün keçirilməsi nəzərdə tutulmur.

“Stiv Uitkoff və Cared Kuşner vasitəçilərlə görüşmək üçün Dohaya gələcəklər. İran ilə ABŞ arasında yüksək səviyyəli görüş baş tutmayacaq”, – deyə açıqlamada vurğulanıb.

Xatırladılıb ki, Qətər son dövrlərdə regionda baş verən böhranların nizamlanması istiqamətində əsas vasitəçilərdən biri kimi çıxış edir. Mövcud şəraitdə də Tehran və Vaşinqton arasında diplomatik təmasların vasitəçilər üzərindən davam etdirilməsi gözlənilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az