logo
logo logo
logo

Qəza baş verdi, toyu dayandırmadılar - Qəribə hadisə

15:12 - 30 İyun 2026

Qəza baş verdi, toyu dayandırmadılar - Qəribə hadisə

Türkiyənin Düzcə vilayətində iki minik avtomobilinin üz-üzə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların xilas edilməsi istiqamətində əməliyyat aparılarkən, yaxınlıqdakı şadlıq sarayında toy mərasimi davam edib.

Hadisə yerinə daxil olan məlumat əsasında jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan Nejla Çöl, Muratcan Demirkaynak, Fahri Çakmak və Turan Demirkaynak müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yanğınsöndürənlər yaralıların avtomobildən çıxarılması üçün xilasetmə əməliyyatı apararkən, yaxınlıqdakı şadlıq sarayında toy şənliyi fasiləsiz davam edib.

Xilas edilən yaralılar Düzcə Universiteti Xəstəxanasına və Atatürk Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az