Livan Səhiyyə Nazirliyi İsrail ordusunun ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların və yaralananların sayı ilə bağlı yeni məlumat açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, İsrail ordusunun martın 2-dən etibarən Livanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 4 257 nəfərə, yaralananların sayı isə 12 196 nəfərə yüksəlib.
Son statistikaya görə, martın 2-dən iyunun 29-dək davam edən hücumlar zamanı həlak olanlar arasında 253 uşaq və 391 qadın da var. Bununla yanaşı, çoxlu sayda mülki şəxsin həyatını itirdiyi bildirilib.