logo
logo logo
logo

Bu ölkədə epidemiya elan edildi 

15:44 - 30 İyun 2026

Bu ölkədə epidemiya elan edildi 

“World Health Organization”nun Baş direktoru Tedros Adhanom Ghebreyesus Sudanın Qərbi Kordofan ştatında vəba epidemiyasının elan edildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bölgədə 838 şübhəli vəba yoluxması, 7 təsdiqlənmiş yoluxma halı və 117 ölüm qeydə alınıb.

Tedros Adhanom Qebreyesus bununla bağlı ABŞ-nin X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ÜST rəhbəri qeyd edib ki, epidemiya ölkədə davam edən silahlı qarşıdurmaların səhiyyə xidmətlərini iflic etdiyi bir dövrdə yayılıb. Onun sözlərinə görə, əhalinin kütləvi şəkildə məcburi köç etməsi insanların əsas tibbi xidmətlərə çıxışını daha da çətinləşdirir.

Qebreyesus vurğulayıb ki, bölgədə təhlükəsizlik problemləri və giriş məhdudiyyətləri tibbi briqadaların yerləşdirilməsini, həmçinin dərman və humanitar yardımın çatdırılmasını gecikdirir.

O əlavə edib ki, ÜST tərəfdaşları ilə birlikdə səhiyyə tədbirlərini əlaqələndirir, vəba müalicə mərkəzlərinin və ağızdan rehidrasiya məntəqələrinin sayını artırır.

Baş direktorun sözlərinə görə, ÜST bölgəyə vəba ilə mübarizə üçün tibbi ləvazimatlar göndərib, əl yuma məntəqələri yaradıb və əhali arasında maarifləndirmə tədbirlərini dəstəkləyir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az