logo
logo logo
logo

Trampın dodaquçuqladan gəliri açıqlandı

13:24 - 01 İyul 2026

Trampın dodaquçuqladan gəliri açıqlandı

ABŞ Prezidenti Donald Trampın 2025-ci il üzrə maliyyə bəyanatında kriptovalyuta sahəsindəki kommersiya fəaliyyətindən əldə etdiyi gəlirin 1 milyard ABŞ dollarını keçdiyi açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərə əsasən, Tramp daşınmaz əmlak, qolf klubları və lisenziya müqavilələrindən də yüz milyonlarla dollar gəlir əldə edib.

927 səhifəlik bəyanatda onun vəzifəyə başlamasından bir neçə gün əvvəl dövriyyəyə buraxdığı “Tramp” adlı mem-koinindən 635 milyon dollar royalti qazandığı qeyd olunub.

Eyni zamanda, oğulları və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun övladları tərəfindən yaradılan “World Liberty Financial” kriptovalyuta şirkətindən 500 milyon dollardan çox gəlir əldə etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az