logo
logo logo
logo

"Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək"

20:34 - 06 İyul 2026

\"Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək\"

Rusiya mülki infrastruktura zərbələr endirməklə belə, heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte alyansın Ankaradakı sammiti ərəfəsində keçirilən mətbuat konfransında bildirib.

"Ötən gecə Ukraynanın dinc sakinlərinə, infrastruktur obyektlərinə və şəhərlərinə qarşı hücum həyata keçirilib. İnsanlar həlak olub. Lakin Rusiya bu yolla heç vaxt bu müharibədə qalib gələ bilməyəcək", - Rütte deyib.

NATO-nun Baş katibi vurğulayıb ki, Rusiya tərəfindən gələn təhlükə real olaraq qalır, Ukraynanın isə hava hücumundan müdafiəsi gücləndirilməlidir.

Rüttenin sözlərinə görə, cəbhədəki əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya aqressiv fəaliyyətini davam etdirir. O qeyd edib ki, hərbi baxımdan Ukrayna Rusiya iqtisadiyyatına təzyiq göstərməklə və Rusiya hərbi-sənaye kompleksinin əsas imkanlarına ciddi ziyan vurmaqla döyüş meydanında uğurlar qazanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az