logo
logo logo
logo

NATO Zirvəsi çərçivəsində Ərdoğan ilk qəbulunu keçirdi

12:53 - 07 İyul 2026

NATO Zirvəsi çərçivəsində Ərdoğan ilk qəbulunu keçirdi

Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində diplomatik görüşlər başlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, zirvənin ilk günündə dövlət və hökumət başçıları arasında ikitərəfli təmaslar intensivləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu çərçivədə ikitərəfli görüşlərinə start verib.

Prezident Ərdoğan zirvə çərçivəsində ilk rəsmi görüşünü Kanadanın Baş naziri Mark Karni ilə keçirib.

Görüş Ankara şəhərində yerləşən Prezident İqamətgahında baş tutub. Tərəflərin ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparması gözlənilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az