logo
logo logo
logo

Oyun zamanı futbolçunu ildırım vuraraq öldürdü

13:58 - 07 İyul 2026

Oyun zamanı futbolçunu ildırım vuraraq öldürdü

Malayziyanın Malakka şəhərində keçirilən futbol oyunu zamanı ildırım vurması nəticəsində bir futbolçu həyatını itirib, daha iki nəfər xəsarət alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 5-də "Rembau Indian Veteran FC" və "Tanjung Minyak FC" komandaları arasında keçirilən yoldaşlıq görüşü zamanı baş verib. Oyunun başlamasından təxminən 10 dəqiqə sonra yağış yağıb, ardınca güclü ildırım çaxıb.

İldırım zərbəsi nəticəsində iki futbolçu və hakim huşunu itirib. Xəstəxanaya aparılan 28 yaşlı futbolçu Taneşinin həyatını xilas etmək mümkün olmayıb.

Malayziya Futbol Assosiasiyası hadisə ilə bağlı araşdırma başladıb. Qurum əlverişsiz hava şəraiti zamanı oyunların dayandırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsini nəzərdən keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az