logo
logo logo
logo

Nolandan möhtəşəm qayıdış - Yeni filmi heyran etdi

14:20 - 07 İyul 2026

Nolandan möhtəşəm qayıdış - Yeni filmi heyran etdi

Kristofer Nolanın "Odisseya" filmi ilk nümayişdən sonra tənqidçiləri heyran etdi.


Manset.az türk mediasına istinadən xəbər verir ki, "Oskar" mükafatlı rejissor Kristofer Nolanın "Oppenhaymer"dən sonra çəkdiyi yeni filmi "Odisseya" kino tənqidçiləri üçün keçirilən ilk nümayişdən sonra böyük rəğbətlə qarşılanıb. İlk reaksiyalarda ekran əsəri "epik", "möhtəşəm" və "mütləq izlənilməli film" kimi qiymətləndirilir. 

Homerin məşhur epik əsəri əsasında ekranlaşdırılan film tamamilə IMAX kameraları ilə çəkilmiş ilk bədii film kimi kino tarixinə düşüb. 

İyulun 17-də nümayişə çıxacaq filmin Şimali Amerika kinoteatrlarında ilk həftəsonunda 80-100 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az