Hücum zamanı başçının oğlu yaralandı.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Dinar rayonunun Haydarlı qəsəbəsinin bələdiyyə sədri Süleyman Çetinkaya iyulun 5-də axşam saat 19:00 radələrində evinə daxil olarkən naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Bələdiyyə sədri Çetinkaya hadisədən xəsarət almadan xilas olsa da, onunla birlikdə olan oğlu Yusuf Çetinkaya baş verən əlbəyaxa dava zamanı yaralanıb.
Şəxsiyyəti müəyyən edilən hücumçu polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.