Fransa 2026-cı il üzrə iqtisadi artım proqnozunu 0,7%-ə endirib.
Manset.az Reuters agentliyinə istinadən xəbər verir ki, Fransanın Maliyyə Nazirliyi çərşənbə axşamı qanunvericilərə təqdim etdiyi dövlət maliyyəsi ilə bağlı ilin ortası hesabatında 2026-cı il üzrə iqtisadi artım proqnozunu əvvəlki 0,9%-dən 0,7%-ə endirib.
Maliyyə naziri bildirib ki, bu düzəliş ilin gözləniləndən daha zəif başlaması, xüsusilə büdcə ilə bağlı qanunvericilik prosesindəki gecikmələr, eləcə də beynəlxalq vəziyyət, xüsusən də Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqədardır.