logo
logo logo
logo

"Qrenlandiya satılmır!" - Baş nazirdən Trampa sərt cavab

11:17 - 08 İyul 2026

\"Qrenlandiya satılmır!\" - Baş nazirdən Trampa sərt cavab

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Ankarada səfərdə olan Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarına münasibət bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka mətbuatına danışan Frederiksen ABŞ prezidentinin "Qrenlandiya ABŞ-nin nəzarətində olmalıdır" fikrini yenidən gündəmə gətirməsinə cavab olaraq bildirib ki, Danimarka Krallığının tərkibinə daxil olan Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir.

"Qrenlandiya, əlbəttə ki, satılmır. Bunu ilk gündən açıq şəkildə bəyan etmişik", – deyə Frederiksen vurğulayıb.

Baş nazir əlavə edib ki, Danimarka NATO-dan ölkənin suverenliyinə hörmətlə yanaşılmasını gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az