NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi öncəsi açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mark Rutte ittifaqın yeni dövrdə daha güclü müdafiə strukturuna malik olacağını bildirib və zirvədə qəbul ediləcək qərarların NATO-nun gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
"Artıq həqiqətən dəyişən bir NATO var", - deyə Rutte bildirib. O, sammit çərçivəsində Ukraynaya dəstəyin daha da artırılması istiqamətində qərarlılığın nümayiş etdiriləcəyini vurğulayıb.
NATO-nun Baş katibi Rusiya Prezidenti Vladimir Putinə də mesaj göndərib. Rutte "Bizimlə oynamayın" ifadəsi ilə Moskvaya xəbərdarlıq edib.
İranla bağlı məsələlərə də toxunan Rutte Tehranın nüvə silahına malik olmamalı olduğunu bildirib. O, Hörmüz boğazının beynəlxalq ticarət üçün tam açıq saxlanılmasının vacibliyini vurğulayıb.
Rutte İranın atəşkəsi pozduğunu iddia edib və ABŞ-nin həyata keçirdiyi addımların bu çərçivədə başadüşülən olduğunu deyib. NATO rəhbəri İrana qarşı hücumların zəruri olduğunu müdafiə edib.