Ankara 22 ildən sonra yenidən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə ev sahibliyi edir. Sammit çərçivəsində iştirakçı ölkələrin liderləri rəsmi proqram başlamazdan əvvəl ənənəvi ailə fotosu üçün bir araya gəliblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Prezident Sərgi Salonunda keçirilən fotosessiyada NATO-ya üzv ölkələrin liderləri iştirak ediblər.
Ailə fotosunun çəkilişindən sonra NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış iclasına start verilib.