ABŞ-nin müdafiə naziri Pit Heqsetin İsrailin Baş naziri Benyamin Netanyahu ilə planlaşdırılan görüşünün ləğv edildiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ-nin Türkiyəyə mümkün F-35 döyüş təyyarələrinin satışı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Vaşinqton və Ankara arasında aparılan təmaslar gündəmə gəlib. İddialara əsasən, İsrailin bu məsələyə etirazları da müzakirələrin əsas mövzularından biri olub.
Bildirilir ki, Heqsetin Netanyahu ilə görüşündə Türkiyəyə F-35 qırıcılarının mümkün satışı məsələsinin müzakirə edilməsi planlaşdırılırdı.
Görüşdə İsrailin müdafiə naziri İsrael Katsın da iştirak edəcəyi, İran başda olmaqla regional təhlükəsizlik məsələlərinin gündəmə gətiriləcəyi gözlənilirdi. Görüşün hansı səbəbdən ləğv edildiyi barədə isə hələlik rəsmi açıqlama verilməyib.