Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı zavodlarına hücumlar təşkil etdiklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Zelenski sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, zərbələr Rusiyanın Saratov vilayətində, eləcə də Tatarıstan və Başqırdıstan respublikalarında yerləşən neft emalı müəssisələrinə endirilib.
Onun sözlərinə görə, bu hücumlar Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi zərbələrə cavab xarakteri daşıyır.
Ukrayna lideri qeyd edib ki, hədəf alınan neft emalı zavodları Ukrayna sərhədindən təxminən 800-1500 kilometr məsafədə yerləşir.