logo
logo logo
logo

Tramp və Zelenski görüşdü

17:10 - 08 İyul 2026

Tramp və Zelenski görüşdü

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra danışan Tramp Zelenski ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, "Yaxşı görüşümüz oldu. Bu, hələ başlanğıcdır, son deyil. Ukrayna xalqı möhtəşəmdir. Zelenski ilə səmərəli söhbət apardıq", - deyə bildirib.

ABŞ lideri həm Zelenskini, həm də Rusiya Prezidenti Vladimir Putini çətin xarakterli insanlar kimi qiymətləndirib. Onun sözlərinə görə, Zelenski ölkəsinin yenidən qurulması üçün çalışır, Putin isə artıq münaqişənin həllində maraqlıdır.

"Çox müharibənin başa çatmasına nail olmuşuq. Zelenski çətin xarakterlidir, Putin də elədir. Amma düşünürəm ki, Putin artıq həll yolu istəyir. Bütün həyatım razılaşmalar və müqavilələrlə keçib. Bu işi yaxşı bacarıram", – deyə Tramp vurğulayıb.

O, həmçinin Ukraynanın faydalı qazıntı ehtiyatlarının son dərəcə qiymətli olduğunu qeyd edərək, Zelenskinin ölkəsini yenidən güclü dövlətə çevirəcəyinə inandığını bildirib.

Tramp çıxışı zamanı İranla bağlı da iddialı açıqlamalar səsləndirib. O, "İranı məhv edirik. İranın hava qüvvələri artıq yoxdur. Dəniz qüvvələri də qalmayıb", - deyə bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az