ABŞ ilə İran arasında atəşkəsə baxmayaraq qarşılıqlı hücumların davam etməsi, həmçinin ABŞ Prezidenti Donald Trampın NATO Liderlər Zirvəsində İranın bu axşam yenidən hədəf alınacağını bildirməsindən sonra bölgədə gərginlik daha da artıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ tərəfindən ölkəyə qarşı yeni hərbi hücum həyata keçiriləcəyi təqdirdə rəsmi Tehran Hörmüz boğazını yenidən bağlayacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Bu strateji keçidin bağlanması qlobal enerji bazarına və beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərə bilər.