Cənubi Koreyada yağan güclü leysan yağışları nəticəsində bir nəfərin itkin düşdüyü, 758 nəfərin isə təhlükəsizlik məqsədilə təxliyə edildiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ölkənin Fövqəladə Halların İdarə Edilməsi və Təhlükəsizlik üzrə Mərkəzi Qərargahı bununla bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Şimali Gyeongsan əyalətinin Yonqcu şəhərində 70 yaşlarında bir nəfər çayda sel sularına qapılıb. Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Bununla yanaşı, güclü musson yağışları səbəbindən ölkə üzrə, ümumilikdə, 758 nəfər müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyə edilib.