ABŞ ilə İran arasında mövcud gərginlik yalnız bütün tərəflərin maraqlarını əks etdirən razılaşma əsasında aradan qaldırıla bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Sergey Lavrov Afrika ölkələrinə səfəri çərçivəsində Mozambikin paytaxtı Maputu ziyarət edib.
Səfər zamanı Mozambik Prezidenti Daniel Çapo Lavrovu qəbul edib. Daha sonra Rusiya XİN başçısı mozambikli həmkarı Manuela dos Santos Lukas ilə görüş keçirib.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Lavrov çıxışı zamanı Rusiyanın Mozambiklə strateji tərəfdaşlığı inkişaf etdirmək və daha da möhkəmləndirmək niyyətində olduqlarını vurğulayıb.
O, həmçinin bildirib ki, Rusiya Mozambik hökumətinin ölkənin şimalında terror təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri dəstəkləyir.
"Biz Mozambikə müxtəlif istiqamətlər üzrə dəstək göstəririk. Buraya kadr hazırlığı, zəruri silahların və hərbi texnikanın təchiz edilməsi də daxildir", – deyə Lavrov əlavə edib.