logo
logo logo
logo

Daşqın nəticəsində fermadan 900 ilan qaçdı - Əhali narahatdır

16:28 - 10 İyul 2026

Daşqın nəticəsində fermadan 900 ilan qaçdı - Əhali narahatdır

Çinin cənubunda güclü tayfun və daşqınlar nəticəsində bəndin dağılması ilan fermasında yüzlərlə ilanın ətrafa yayılmasına səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra ölümcül kobraların da olduğu təxminən 900 ilanın qaçdığı kənddə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, güclü tayfunun təsir göstərdiyi Quansi əyalətində baş verən daşqınlar nəticəsində Liulan bəndi dağılıb.

Bənddən axan güclü su kütləsi yaxınlıqdakı ilan yetişdirmə təsərrüfatının mühafizə divarlarını və hasarlarını uçurub. Nəticədə təsərrüfatda saxlanılan təxminən 900 ilan əraziyə yayılıb.

Ölümcül kobraların da olduğu yüzlərlə ilanın yayıldığı Denqvey kəndində fövqəladə vəziyyət elan olunub.

İlanların kəndə yayılması yerli sakinlər arasında ciddi təşvişə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə sel suları ilə örtülmüş küçələrdə yüzlərlə ilanın üzdüyü, bəzilərinin isə evlərin pəncərələrinə qalxmağa çalışdığı əks olunub.

Bel səviyyəsinə çatan suların içində köməksiz vəziyyətdə qalan kənd sakinlərinin ilanlardan qorunmaq üçün bambuk çubuqlardan istifadə etdikləri bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az