logo
logo logo
logo

Tramp və Netanyahunun telefon danışığı baş tutdu

17:31 - 10 İyul 2026

Tramp və Netanyahunun telefon danışığı baş tutdu

İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutduğu bildirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Baş Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, tərəflər telefon danışığı zamanı ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumları, İsrailin Livandakı işğalını və regionda baş verən digər hadisələri müzakirə ediblər.

Açıqlamada bildirilib ki, Tramp İran ərazisinə qarşı həyata keçirilən hava hücumları ilə bağlı Netanyahuya məlumat verib.

Həmçinin qeyd olunub ki, iki lider bölgədəki hərbi və siyasi proseslərlə bağlı əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az