Yaponiya parlamentinin Nümayəndələr Palatası imperator ailəsinin üzvlərinin sayının azalması məsələsinin araşdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nümayəndələr Palatasında imperator ailəsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb.
Səsvermənin nəticəsinə əsasən, imperator ailəsində üzvlərin sayının azalmasının qarşısının alınması məqsədi daşıyan qanun layihəsi təsdiqlənib.
Qanun layihəsinə əsasən, imperator ailəsinə əvvəllər mövcud olmuş yan sülalə ailələrinin ata xətti ilə imperator nəslindən gələn, 15 yaşdan yuxarı kişilərinin övladlığa götürülməsinə icazə verilməsi və qadın üzvlərin nikahdan sonra da imperator ailəsi statusunu qoruyub saxlaması nəzərdə tutulur.