logo
logo logo
logo

Şahbaz Şərif və Məsud Pezeşkian müzakirə apardılar

22:34 - 10 İyul 2026

Şahbaz Şərif və Məsud Pezeşkian müzakirə apardılar

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Tərəflər regionda yaranmış vəziyyəti müzakirə edərək, son aylarda əldə olunan sülh nailiyyətlərinin qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

Ş. Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə qərəzsiz və səmimi vasitəçi kimi rolunu oynamağa hazır olduğunu bir daha bəyan edib.

Söhbət zamanı, həmçinin M. Pezeşkianın bu yaxınlarda İslamabada səfəri çərçivəsində əldə olunan razılaşmaların icrası və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az