logo
logo logo
logo

"Apple" "OpenAI" şirkətini məhkəməyə verdi  

11:10 - 12 İyul 2026

\"Apple\" \"OpenAI\" şirkətini məhkəməyə verdi  

"Apple" şirkəti kommersiya sirlərinin mənimsənilməsində ittiham edərək "OpenAI"yə qarşı məhkəmə iddiası qaldırıb.


Manset.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

"iPhone" istehsalçısı qeyd edib ki, "OpenAI" "Apple"da işləmiş şəxslərdən məxfi layihələrin təfərrüatını açıqlamağı, həmçinin müsahibələrə cihaz komponentlərini və prototipləri gətirməyi xahiş edib.

"Apple" keçmiş işçisi Çan Lyunu "OpenAI"də işlədiyi müddətdə texniki sənədlərə giriş əldə etmək və onları yükləmək üçün keçmiş həmkarının notbukundan istifadə etməkdə günahlandırıb. Şirkətin bəyanatına əsasən, Lyu, həmçinin həmkarına müsahibələrdən əvvəl hələ elan edilməmiş məhsullar haqqında hansı məlumatları öyrənməli olduğunu göstərib. Bundan əlavə, iddiada qeyd olunur ki, sabiq əməkdaş işdən çıxarkən qaytarmadığı notbuk vasitəsilə daxili sənədlərə daxil olmağı planlaşdırıb.

İddia ərizəsinə görə, fevral ayında "Apple" "OpenAI"a məktub göndərərək məxfi məlumatların qarşı tərəfin "fəaliyyət sahəsinə yersiz şəkildə düşə biləcəyi" ilə bağlı narahatlığını bildirib, lakin buna heç bir cavab almayıb.

"OpenAI" isə bu ittihamları rədd edib. Şirkətin nümayəndəsi Dryu Pusateri bildirib, başqa şirkətlərin kommersiya sirləri ilə maraqlanmırlar.

"Biz hələ də bütün dünyada insanların imkanlarını genişləndirən innovativ texnologiyaların yaradılmasına diqqət yetiririk", -deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az