logo
logo logo
logo

Etirazlar Yunanıstana da sıçradı - Yüzlərlə müəllim və tələbə küçələrdə

13:12 - 22 Oktyabr 2026

Etirazlar Yunanıstana da sıçradı - Yüzlərlə müəllim və tələbə küçələrdə

Avropada yayılan etiraz dalğası Yunanıstana da çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Afinada toplaşan yüzlərlə müəllim və şagird təhsilə ayrılan vəsaitin artırılması, məktəblərdəki problemlərin aradan qaldırılması tələbi ilə parlament binasına doğru yürüş keçirib.

Afina Universitetinin qarşısında toplaşan etirazçılar əllərində bayraq və plakatlar tutaraq təhsil sahəsindəki mövcud şəraitə etiraz ediblər. Polis əməkdaşları isə mümkün zorakılıq hallarının qarşısını almaq məqsədilə ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Nümayişçilər məktəblərdə infrastruktur problemlərinin mövcudluğuna, işçi çatışmazlığına, müəllimlərin maaşlarının aşağı olmasına və təhsilə ayrılan vəsaitin yetərsizliyinə narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları ilk növbədə təhsil sahəsində, eləcə də digər dövlət xidmətlərindəki problemlərin həllini tələb ediblər.

Etirazçılar Fransada keçirilən aksiyalara da dəstək ifadə ediblər. Aksiyaya dəstək verən Yunanıstan Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyası isə üç saatlıq tətil qərarı qəbul edib.

Oxşar etiraz aksiyaları Saloniki başda olmaqla Yunanıstanın müxtəlif şəhərlərində də keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az