logo
logo logo
logo

Putin və Çinin Baş naziri görüşdülər

13:02 - 22 Oktyabr 2026

Putin və Çinin Baş naziri görüşdülər

Çinin Baş naziri Li Çyanq Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Li Çyanq görüş zamanı beynəlxalq nizamın mürəkkəbləşdiyi bir dövrdə əməkdaşlığı davam etdirən Çin və Rusiyanın dünyada nadir rast gəlinən sabitlik amillərindən biri olduğunu bildirib.

Rusiya ilə strateji ünsiyyəti gücləndirməyə, siyasi etimadı möhkəmləndirməyə və bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını deyən Li Çyanq qeyd edib:

“Hazırda dünyada birtərəflilik və hegemonluq meyilləri geniş yayılır. Çin mühüm məsələlərdə Rusiya ilə ünsiyyət və əlaqələndirməni gücləndirməyə, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi çoxtərəfli platformalarda Rusiya ilə birgə fəaliyyət göstərməyə, ümumi maraqları və ədaləti qorumaq məqsədilə Qlobal Cənub ölkələri ilə həmrəyliyi gücləndirməyə hazırdır”.

Rusiya Prezidenti Vladimir Putin isə bu il Çin Prezidenti Si Cinpinlə dəfələrlə görüşdüyünü və iki ölkə arasında yeni dövrdə hərtərəfli strateji əməkdaşlığın və tərəfdaşlığın inkişafı istiqamətində mühüm razılaşmalar əldə edildiyini bildirib.

Çinin Rusiyanın etibarlı tərəfdaşı olduğunu vurğulayan Putin Rusiya-Çin münasibətlərinin qlobal dəyişikliklərdən və üçüncü tərəflərin müdaxiləsindən təsirlənmədiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az