Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun tutduğu vəzifədən istefasını dəstəkləyib.
Manset.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, qərarın lehinə 258 deputat səs verib.
Bu qərar eyni zamanda hökumətin bütöv tərkibdə istefaya göndərilməsi deməkdir.
Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi.
O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı.