logo
logo logo
logo

Məşhur aktyorun ölüm səbəbi açıqlandı

12:33 - 16 İyul 2026

Məşhur aktyorun ölüm səbəbi açıqlandı

Dünyaca məşhur aktyor Sem Nilin vəfatından sonra onun meneceri ölüm səbəbi ilə bağlı mətbuatdakı şayiələrə son qoydu. 


Manset.az türk mediasına istinadən xəbər verir ki, "Yura dövrü parkı" (Jurassic Park) və "Peaky Blinders" kimi məşhur layihələrdəki rolları ilə tanınan, Yeni Zelandiyalı məşhur aktyor Sem Nil (Sam Neill) keçən bazar ertəsi Sidney şəhərindəki xəstəxanada vəfat edib.

Ailəsi tərəfindən "qəfil və gözlənilməz" kimi təsvir edilən bu ölüm hadisəsindən sonra aktyorun ölümünün rəsmi səbəbi açıqlanıb. Nilin meneceri təcrübəli sənətçinin sətəlcəm səbəbindən dünyasını dəyişdiyini təsdiqləyib.

Nilin uzun illərdir meneceri olan Filip Qrenz (Philip Grenz) mediada yayılan "yalan və əsassız" iddialara cavab olaraq açıqlama verməyə ehtiyac duyduqlarını bildirib. Qrenz deyib: "Sem sətəlcəm səbəbindən vəfat edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az