logo
logo logo
logo

“Müharibənin Qara dənizə sıçramasını istəmirik” - Hakan Fidan 

12:48 - 16 İyul 2026

“Müharibənin Qara dənizə sıçramasını istəmirik” - Hakan Fidan 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin Qara dəniz regionuna yayılmasının yolverilməz olduğunu bildirib. 


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o vurğulayıb ki, tərəflər mümkün qədər tez danışıqlar masasına qayıtmalı və diplomatik həll istiqamətində səylər qətiyyətlə davam etdirilməlidir.

Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin xarici işlər naziri Andrii Sıbihanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında çıxış edib.

Nazir müharibənin Qara dəniz hövzəsinə yayılmasını istəmədiklərini bildirərək həm Rusiyanı, həm də Ukraynanı təmkinli olmağa çağırıb.

Hakan Fidan deyib ki, “Türkiyə Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün bundan sonra da öncül və fəal səylərini davam etdirəcək”.

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha isə ölkəsinin atəşkəsə hazır olduğunu bildirib. Onun sözlərinə görə, sülh prosesinə yeni təkan verəcək əsas addım dövlət başçılarının zirvə görüşünün keçirilməsi olacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az