İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinə qarşı həyata keçiriləcək heç bir hücumun cavabsız qalmayacağını bildirib. O qeyd edib ki, İran Silahlı Qüvvələri ABŞ-ın istənilən hücumuna qətiyyətlə cavab verəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kazım Qəribabadi bu fikirləri İmam Sadiq Universitetində ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin anım mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
Qəribabadi bildirib ki, İran Silahlı Qüvvələri ABŞ-nin “təcavüzkar hərəkətlərinə” qətiyyətlə cavab verməkdə davam edir.
“İrana qarşı yönəlmiş istənilən təcavüzkar addım Silahlı Qüvvələrimizin qəti cavabını tələb edir”, – deyə o vurğulayıb.
Nazir müavini əlavə edib ki, İran xalqına qarşı heç bir hücum cavabsız qalmayacaq və bu cür addımlara qəti və prinsipial şəkildə cavab veriləcək.