logo
logo logo
logo

Ukraynada Zelenskinin qərarına etirazlar başladı - FOTOLAR

13:58 - 16 İyul 2026

Ukraynada Zelenskinin qərarına etirazlar başladı - FOTOLAR

Ukraynanın bir sıra şəhərlərində Prezident Volodimir Zelenskinin müdafiə naziri Mixailo Fedorovu gözlənilmədən vəzifədən azad etməsinə etiraz olaraq aksiyalar keçirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevdə əsasən gənclərdən ibarət izdiham "Fedorova əl vurmayın" və "Qələbəyə mane olmayın!" yazılı plakatlar qaldıraraq "Utanc!" şüarları səsləndirib.

Zelenski hələlik qərarının səbəblərini açıqlamayıb. Bu qərar şərhçilər, hərbçilər və vətəndaş cəmiyyətinin bəzi təbəqələri arasında ciddi narazılığa səbəb olub.

Yanvar ayında müdafiə naziri təyin olunan 35 yaşlı Fedorov nazirlikdə islahatlara təkan verməsi, korrupsiyaya qarşı mübarizəyə rəhbərlik etməsi, həmçinin cəbhədəki vəziyyətin təhlili və yaxşılaşdırılması üçün məlumatlardan istifadə etməsi ilə tanınır.

Parlamentin cümə axşamı müdafiə naziri vəzifəsinə namizəd irəli sürülən, hazırda daxili işlər naziri olan İqor Klimenkonun namizədliyi ilə bağlı səsvermə keçirməsi nəzərdə tutulurdu.

Ukraynada bəziləri Fedorovun vəzifədən azad edilməsini onunla Baş Komandan Aleksandr Sırski arasında yaranmış gərginliklə əlaqələndirir. Digərləri isə onun hərbi səfərbərlik sisteminin yenidən qurulması istiqamətində kifayət qədər sürətli addımlar ata bilmədiyini bildirir.






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az